Beynəlxalq Türk Dili
Olimpiadası davam edir
Mahnı və şeir
yarışmasında Azərbaycan təmsilçiləri
ikinci olublar
Türkiyədə 11-ci Beynəlxalq
Türk Dili Olimpiadası davam edir. Dünyanın 140 ölkəsindən
2 min məktəblinin 19 nominasiyada yarışdığı olimpiadada
mahnı müsabiqəsinin finalı xüsusilə yaddaqalan
olub.
İyunun 7-də İstanbulun Sinan
Erdem idman salonunda 14 ölkə təmsilçisinin iştirak
etdiyi finalda bolqarıstanlı Martin Yordanov “Dəli
könlüm” mahnısı ilə birinci yeri tutub. Azərbaycan
məktəblisi Ayxan Bünyadzadə ikinci yerə layiq
görülüb, müsabiqənin
üçüncüsü isə Filippin təmsilçisi
olub.
Qaliblərə mükafatları Azərbaycan
Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyənin
məşhur sənətçiləri Ajda Pekkan və Müəzzəz
Ərsoy təqdim ediblər.
Möhtəşəm final gecəsi
bütün yarış iştirakçılarının
birgə ifa etdikləri “Yeni bir dünya” mahnısı ilə
yekunlaşıb.
İyunun 8-də “Ankara
Arena”da keçirilən şeir ifaçılarının
finalı da maraqlı görüntülərlə yadda
qalıb. Yekunda Seneqal təmsilçisi Maty Diokhane birinci, Azərbaycandan
Türkan Məmmədova ikinci, Gürcüstandan Natali Todadze
üçüncü olub.
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 14.